Mexanik
“Performance Center” şirkəti
“Mexanik” vakansiyası
Vəzifələr:
-
Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə təşkili;
-
Avtoservisə daxil olan avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
-
Texniki qulluq və təmir işinin texniki heyət üzrə müvafiq şəkildə bölünməsi;
-
Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;
Tələblər:
-
Təhsil: Ali (bakalavr)
-
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
-
Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
-
Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq;
-
Sürücülük vəsiqəsi.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 1700-2000₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mexanik” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur.
Xəbərlər

Performance Center şirkəti Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olması ilə əlaqədar artıq Ravon markasının satışını Gəncə filialında da başlatdı.

Chevrolet Azərbaycan ilə Aygün Kazımova arasında bağlanan razılaşmaya əsasən 1 Dekabr Elektra Events Hall-da keçirilən konsert Chevrolet-in sponsorluğu ilə baş tutdu.

Hər zaman iddialı markalar üçün sponsorluqlar çox önəmli olmuşdur.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ şəhərində “Qafqaz Motor - Şou 2018” avtomobil sərgisi keçirildi.

“Estetik Təcəssüm” – devizi ilə yenilənmiş Chevrolet Malibu modelinin Azərbaycanda təqdimatı keçirilib.